• Bakı 11° C

    4.81 m/s

  • USD - 1.7

    EUR - 1.9672

    RUB - 2.1247

Azərbaycanlı blogerin Rusiyadakı mənzili müsadirə edildi

DÜNYA

02 Noyabr 2025 | 19:15

Azərbaycanlı blogerin Rusiyadakı mənzili müsadirə edildi

Azərbaycanlı bloger Subonun (Sübhan Məmmədov - red.) Rusiyadakı mənzili vergi borclarına görə müsadirə edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Mash" Teleqram kanalı məlumat yayıb.

Sübhan axtarışa verildikdən və Rusiyanı tərk etdikdən sonra Odintsovodakı iki otaqlı mənzil ən azı iki aydır ki, boşdur. 

10 milyon rubl dəyərində olan 60 kvadratmetrlik mənzil müsadirə ediləcək və 91 milyon rubl vergi borcunun bir hissəsini ödəmək üçün satılacaq. Subo bu ilin fevralından Rusiya vətəndaşlığından məhrum edilib. O, vergidən yayınma və çirkli pulların yuyulması ittihamı ilə axtarışdadır. Hazırda BƏƏ-də yaşadığı bildirilir. 

Qeyd edək ki, hesablamalara görə, Subo reklamdan ayda 100.000 dollara qədər pul qazanır.


SON XƏBƏRLƏR

02 Noyabr 2025
01 Noyabr 2025