"Tehran və Ankara iki böyük regional güc kimi regionda davamlı sülh, sabitlik və inkişafı təşviq etmək üçün sıx əməkdaşlığa sadiqdirlər".
Bakıvaxtı.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.
Əraqçı qeyd edib ki, iki gün öncə Tehranda Türkiyənin xarici işlər naziri Hakan Fidanı və onu müşayiət edən nümayəndə heyətini qəbul edib: "Tamamilə isti və konstruktiv şəraitdə ikitərəfli münasibətlərin artan trayektoriyasını nəzərdən keçirdik".
O əlavə edib ki, hər iki tərəf Qəzza və İordan çayının qərb sahilindəki ağır vəziyyətdən dərin narahatlığını ifadə edib, İsrail tərəfindən törədilən "soyqırımı" kəskin şəkildə pisləyib və bu cinayətlərin təcili dayandırılması və rejimin beynəlxalq forumlarda məsuliyyətə cəlb olunmasının zəruriliyi barədə razılığa gəlib.
Suriya və Livanda baş verən hadisələrdən danışan Əraqçi vurğulayıb ki, hər iki ölkə bu dövlətlərin milli suverenliyinə, ərazi bütövlüyünə və birliyinə tam hörməti vurğulayır və İsrailin davam edən təcavüzünü qətiyyətlə pisləyir.
Zeynəb Rzayeva
Bakı 



