• Bakı 20° C

    1.72 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Azərbaycanlı ən yüksək səslə deputat secildi - FOTOLAR

SİYASƏT

11 Sentyabr 2023 | 08:29 | Müəllif: Qalib İbrahimoğlu

Azərbaycanlı ən yüksək səslə deputat secildi - FOTOLAR

Saxa-Yakutiya Respublikasında (RF) yaşayan tanınmış soydaşımız Əliş Zabid oğlu Məmmədov 10 sentyabr 2023-cü ildə keçirilən deputat seçkilərində qalib gələib.

Bakıvaxtı.az xəbər verir ki, Ə.Məmmədov bununla ardıcıl olaraq 4-cü dəfə Saxa Dövlət Məclisinin - İl Tümənin üzvü seçilib. Onun topladığı səs faizi (84,53%, 25 saylı Xanqala Seçki Dairəsi) Saxa (Yakutiya) üzrə ən yüksək göstəricidir.

Qeyd edək ki, Əliş Məmmədov (10 fevral 1958-ci il, Oraban, Şəki) 1989-cu ildən "YakutSement"in baş direktorudur.

Soydaşımız Saxa (Yakutiya) Respublikasının Əməkdar inşaatçısı, respublikanın (habelə Xanqala rayonu və Moxsoqolloh qəsəbəsinin) fəxri vətəndaşıdır. 

Dəfələrlə müxtəlif dövlət, hökumət təltiflərinə, o cümlədən Saxa Dövlət Mükafatına layiq görülüb. 

Soydaşımız Saxa (Yakutiya) Respublikasında xeyriyyəçi kimi geniş şöhrət qazanıb. 

Doğma Azərbaycanın adını həmişə uca tutan Əliş Məmmədov, Saxa (Yakutiya) Respublikası Azərbaycanlıları Diaspor Təşkilatının başqanı, Dünya Gənc Türk Yazarlar Birliyinin fəxri üzvüdür. O, Saxa ilə Azərbaycan arasında ictimai-mədəni işbirkiyinin güclənməsində, habelə saxalılara Azərbaycan mədəniyyətini tanıtmaq sahəsində böyük xidmətlər göstərib.


Azərbaycanlı ən yüksək səslə deputat secildi - FOTOLARAzərbaycanlı ən yüksək səslə deputat secildi - FOTOLARAzərbaycanlı ən yüksək səslə deputat secildi - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR