Azərbaycanlı hakim Əliyar Ağayevin idarə etdiyi UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunda "Slaviya" (Çexiya) - "Arsenal" (İngiltərə) matçında 3 qol vurulub.
Bakıvaxtı.az xəbər verir ki, görüş ingilislərin 3-0 hesablı qələbəsi ilə baş çatıb.
Azərbaycanlı hakim 32-ci dəqiqədə çexiyalıların futbolçusu Lukas Provodun cərimə meydançası daxilində əllə oynamasına görə penalti təyin edib. Referi VAR-a baxdıqdan sonra qayda pozuntusunu qeydə alıb.
Əliyar Ağayev qarşılaşmada "Slaviya"nın 3, "Arsenal"ın isə 4 futbolçusuna sarı vərəqə göstərib.
Bakı 


