• Bakı 26° C

    1.85 m/s

  • USD - 1.7

    EUR - 1.9751

    RUB - 2.173

Azərbaycanlı matrosların Rusiya limanlarına girişi qadağan edildi

DÜNYA

18 Iyul 2025 | 21:25

Azərbaycanlı matrosların Rusiya limanlarına girişi qadağan edildi

Bu il iyulun 8-də Rusiyanın Tuapse limanında Liberiya dövlət qeydiyyatına alınmış “Asia Minor” (IMO 9754161) gəmisində Azərbaycan vətəndaşlarının olması səbəbindən yoxlama aparılıb. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə VÇK-OQPU məlumat yayıb.

Limanın girişində sərhəd nəzarəti zamanı Rusiya Federasiyasının tənzimləyici orqanlarının əməkdaşları Azərbaycan vətəndaşı olan hər bir ekipaj üzvünü ayrıca sorğu-sual ediblər.

Respondentlər şəxsi telefonlarının yoxlanılması proseduruna məruz qalıb, bu müddət ərzində qalereya, telefon kitabçası, Telegram messencerinin məzmunu və internet brauzerinin tarixçəsinə baxılıb.

Bundan əlavə, onlara Qarabağ müharibəsində iştirakla bağlı təxribat xarakterli suallar verilib.

Qeyd olunan yoxlama nəticəsində matros Sədi Abbasova və motorist Elmar Şıxməmmədova şifahi olaraq bildirilib ki, bundan sonra onlara Rusiya limanlarına giriş qəti qadağandır.


SON XƏBƏRLƏR

18 Iyul 2025