• Bakı 25° C

    0.83 m/s

  • USD - 1.7

    EUR - 1.9673

    RUB - 2.3573

“AzərEnerji”də qanvermə aksiyası keçirildi - Fotolar

CƏMİYYƏT

16 Iyun 2026 | 14:09

“AzərEnerji”də qanvermə aksiyası keçirildi - Fotolar

Səhiyyə Nazirliyinin Respublika Qan Bankı Publik Hüquqi Şəxsin təşəbbüsü, “AzərEnerji” ASC-nin təşkilatçılığı ilə “Qan bağışlamaq həyat qurtarır!” devizi altında qanvermə aksiyası keçirilib. 

Bakıvaxtı.az xəbər verir ki, “Azərenerji” ASC-nin Baş İdarəetmə, Elm, Tədris və Laboratoriya Kompleksinin binasında keçirilən qanvermə aksiyasında Səhmdar Cəmiyyətin 100-dən artıq əməkdaşı iştirak edib.

Qanvermə aksiyasında toplanan qan talassemiya və hemofiliyalı, eləcə də qana ehtiyacı olan digər xəstələrin qan çatışmazlığının aradan qaldırılması üçün nəzərdə tutulub.   

Aksiyada iştirak edən donorlar qanvermədən öncə Respublika Qan Bankı Publik Hüquqi Şəxsin tibbi heyətinin bütün tibbi yoxlanışlarından keçdikdən sonra qan veriblər. 

Qeyd edək ki, 2005-ci ilin fevral ayında birinci xanım Mehriban Əliyeva “Talassemiyasız həyat Naminə” proqram layihəsinin başlanmasını elan edəndən bəri “Azərenerji” ASC də bu layihənin ən fəal davamçılarından birinə çevrilib.

 

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Iyun 2026