• Bakı 11° C

    3.38 m/s

  • USD - 1.7

    EUR - 1.8519

    RUB - 1.9517

“Azəriqaz” və Dövlət Agentliyi Xankəndi və Şuşada əmək yarmarkaları keçirib

CƏMİYYƏT

13 Mart 2025 | 17:10

“Azəriqaz” və Dövlət Agentliyi Xankəndi və Şuşada əmək yarmarkaları keçirib

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Xankəndi və Şuşa şəhərlərində birgə əmək yarmarkaları keçirib.

Bu barədə Bakıvaxtı.az  “Azəriqaz”a istinadən xəbər verib.

Tədbirlərdə “Azəriqaz”ın Qarabağ Regional Qaz İstismarı İdarəsinin Şuşa və Xankəndi şəhərləri üzrə xidmət sahələrində olan qaz təsərrüfatında qəza bərpa işlərinin çilingəri, nəzarət ölçü cihazları və avtomatika üzrə çilingər, qaz təsərrüfatının nəzarətçisi, anbardar, usta və s. işlər üzrə vakansiyalar təqdim edilib.

Yarmarkada sakinlərə vakansiyalar, iş öhdəlikləri haqqında məlumat verilib. Müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlərin qeydiyyatı aparılıb.


SON XƏBƏRLƏR