Goranboyda 8 yaşlı qız yanıq xəsarəti alıb.
Bakıvaxtı.az-ın apa-ya istinadla məlumatına görə, hadisə rayonun Qızılhacılı qəsəbəsində qeydə alınıb.
2014-cü il təvəllüdlü Aylin Musazadə çərşənbə tonqalından tullanmaq istəyərkən yıxılaraq yanıq xəsarəti alıb.
Azyaşlı xəstəxanaya yerləşdirilib, vəziyyətinin normal olduğu bildirilir.
















