• Bakı 9° C

    10.22 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Avtomobil körpüdən aşdı - xəsarət alanlar var

HADİSƏ

07 Aprel 2022 | 23:09 | Müəllif: Subhan Mahmudov

Avtomobil körpüdən aşdı - xəsarət alanlar var

Şabran rayonunda yol qəzası baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Bakı-Quba-Dağıstan sərhəd yolunun 128-ci km-də qeydə alınıb.

Belə ki, "Mitsubishi Pajero" markalı avtomobilin idarəetmədən çıxaraq körpüdən aşması nəticəsində 1969-cu il təvəllüdlü Əhməd Əjdər oğlu Əhmədov və həyat yoldaşı, 1978-ci il təvəllüdlü Ruhangiz Gülməmməd qızı Əhmədova müxtəlif xəsarətlər alıblar.

Yaralılar Şabran Rayon Mərkəzi Xəstəxanaya çatdırılıblar. Onların vəziyyəti ağır olduğundan Ə.Əhmədov Qusardakı tibb müəssisəsinə, R.Əhmədova isə Bakıdakı xəstəxanalardan birinə göndərilib.

Qeyd edək ki, Ə.Əhmədov Xaçmazda özəl xəstəxanaların birində cərrah-həkim işləyir.

Faktla bağlı araşdırma aparılır.(report.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Noyabr 2026
14 Noyabr 2026