• Bakı 24° C

    5.03 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

Ucarda maşın aşdı - sürücü hadisə yerində öldü

HADİSƏ

07 May 2022 | 21:22 | Müəllif: Subhan Mahmudov

Ucarda maşın aşdı - sürücü hadisə yerində öldü

Ucarda ölümlə nəticələnən yol qəzası baş verib.

Bakıvaxtı.az-ın məlumatına görə, hadisə bu gün axşam saatlarında Bakı-Qazax magistral yolunun Ucar rayonunun Qulabənd kəndindən keçən hissəsində qeydə alınıb.

“Lada” markalı minik maşınının sürücüsü Qazax istiqamətində hərəkətdə olarkən idarəetməni itirib.

Nəticədə maşın aşıb və sürücü hadisə yerində ölüb.

Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat şöbəsində araşdırma aparılır.(apa)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Sentyabr 2026