• Bakı 15° C

    1.16 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.0923

Bakıda maşından meyit TAPILDI

HADİSƏ

06 Iyun 2022 | 20:24 | Müəllif: Subhan Mahmudov

Bakıda maşından meyit TAPILDI

Bakıda avtomobildən meyit tapılıb.

Bakıvaxtı.az lent.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonu Qaraçuxur qəsəbəsində qeydə alınıb.

Burada “Tofaş” markalı, 99-KO-568 dövlət qeydiyyat nişanlı avtomobildən naməlum kişi meyiti aşkarlanıb.

Dərhal polis əməkdaşları hadisə yerinə cəlb olunub. Aparılan araşdırmalar zamanı meyitin 55 yaşlı Mübariz Əlirza oğlu Zeynalova məxsus olması müəyyənləşib. Meyit tapılarkən üzərində xəsarət və ya zorakılıq əlamətləri olmayıb.

Ölümün səbəblərini bilmək üçün meyit məhkəmə-tibbi ekspertizasının Suraxanı rayon şöbəsinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

01 Noyabr 2026