• Bakı 13° C

    6.65 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

İmişlidə mikroavtobusla minik maşını toqquşdu: Xəsarət alanlar var

HADİSƏ

07 May 2022 | 12:04 | Müəllif: Subhan Mahmudov

İmişlidə mikroavtobusla minik maşını toqquşdu: Xəsarət alanlar var

İmişlidə yol qəzası baş verib.

Bakıvaxtı.az-ın məlumatına görə, hadisə Hacıqabul-Bəhrəmtəpə yolunun İmişli rayonunun Xəlifəli kəndindən keçən hissəsində qeydə alınıb.

“Mercedes” markalı mikroavtobusun “Mercedes” markalı minik maşını ilə toqquşması nəticəsində Beyləqan sakinləri, 1994-cü il təvəllüdlü Quluzadə Allahverdi Mübariz oğlu, 1987-ci il təvəllüdlü Quliyev Rafət İlqar oğlu və Sabirabad rayonunun Qalaqayın kənd sakinləri, 1993-cü il təvəllüdlü Qurbanov Akif Musa oğlu, 1993-cü il təvəllüdlü Məmmədov Elşən Mehman oğlu müxtəlif dərəcəli xəsarətlər alıb. Onlar Şirvan xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.(apa)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR