Binəqədi rayonunda bacısını qətlə yetirməkdə ittiham olunan Təbriz Qasımovun məhkəməsinin növbəti baxış iclası keçirilib.
Bakıvaxtı.az Report-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.
Təbriz Qasımov ittihama münasibət bildirək özünü təqsirli bilib. Lakin o, məhkəmədə ifadə verməkdən imtina edib.
Daha sonra təqsirləndirilən şəxsin qardaşı Bəhmən Qasımov şahid qismində dindirilib. O da məhkəmədə ifadə vermək istəməyib.
Onun məhkəmədə istintaqa verdiyi ifadə elan edilib.