• Bakı 12° C

    8.92 m/s

  • USD - 1.7

    EUR - 1.8582

    RUB - 2.0804

Bağlanmış teleradio kanalının törəmə şirkəti də ləğv edilir

MEDİA

08 Mart 2025 | 12:35

Bağlanmış teleradio kanalının törəmə şirkəti də ləğv edilir

Ləğv prosesində olan "Lider TV və Radio-Azərbaycan" MMC-nin törəməsi "Lider Prodakşn" MMC ləğv olunduğunu elan edib.

Bakıvaxtı.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.

Məlumata görə, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi, ev 83/23 ünvanına bildirə bilərlər.

Xatırladaq ki, "Lider Prodakşn" 2008-ci ildə 1 000 manat nizamnamə kapitalı ilə yaradılıb, təsisçisi ilə eyni hüquqi ünvanda qeydiyyatdan keçib. Onun qanuni təmsilçisi Ədalət Hüseyn oğlu Əliyevdir.

"Lider TV və Radio-Azərbaycan" yayının 1 iyun 2021-ci ildən dayandırıb.


SON XƏBƏRLƏR

31 Mart 2025