• Bakı 29° C

    7.82 m/s

  • USD - 1.7

    EUR - 1.9452

    RUB - 2.2353

Bakı–Balakən qatarlarının hərəkət marşrutu müvəqqəti dəyişdirilir

CƏMİYYƏT

08 Iyul 2026 | 19:50

Bakı–Balakən qatarlarının hərəkət marşrutu müvəqqəti dəyişdirilir

Bu gündən, iyulun 20-dək Bakı–Balakən qatarları Qax stansiyasına qədər hərəkət edəcək.

Bakıvaxtı.az bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) istinadən xəbər verir.

Məlumata görə, Balakən–Bakı qatarları isə Qax stansiyasından hərəkətə başlayacaq.

Həmçinin bu gündən etibarən iyulun 20-nə qədər Qorağan, Əliabad, Zaqatala, Göyəm və Balakən stansiyalarına bilet satışı müvəqqəti dayandırılıb.

Sərnişinlərin digər stansiyalardan Qax stansiyasına və əksinə çatdırılması üçün ödənişsiz avtobuslar təyin ediləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Iyul 2026