• Bakı 34° C

    2.11 m/s

  • USD - 1.7

    EUR - 1.9409

    RUB - 2.1107

Bakı diplomatik körpüyə çevrilir: Azərbaycan Yaxın Şərq dialoqunun yeni ünvanıdır

SİYASƏT

04 Avqust 2025 | 12:00

Bakı diplomatik körpüyə çevrilir: Azərbaycan Yaxın Şərq dialoqunun yeni ünvanıdır

Bakıda Suriyanın xarici işlər naziri Əsəd Həsən Əl-Şeybani ilə İsrailin strateji işlər naziri Ron Dermer arasında baş tutan görüş Azərbaycanın qlobal diplomatiyadakı artan rolunu bir daha nümayiş etdirdi.

Görüşün qapalı formatda keçirilməsi və rəsmi mənbələrin hələlik ətraflı açıqlama verməməsinə baxmayaraq, ərəb və İsrail mediasında yayılan məlumatlar bu təmasın regional miqyasda ciddi rezonans doğurduğunu göstərir.

Suriya və İsrail arasında uzun illərdir davam edən gərginlik və diplomatik münasibətsizlik fonunda belə bir görüşün məhz Bakıda reallaşması təsadüfi deyil. Son illərdə Azərbaycan özünü təkcə enerji və nəqliyyat qovşağı kimi deyil, həm də geosiyasi və diplomatik əlaqələrin qovuşduğu strateji platforma kimi təqdim etməyi bacarıb. Azərbaycanın balanslı xarici siyasəti, hər iki tərəflə münasibətlərini qoruyub saxlaması və beynəlxalq etimad qazanması bu cür yüksək səviyyəli dialoqlara şərait yaradır.

Bakı, daha əvvəl də müxtəlif regionlar arasında əlaqələrin qurulmasında və vasitəçilik təşəbbüslərində iştirak edib. Lakin Suriya ilə İsrail arasında indiki formatda birbaşa təmasın təşkili Azərbaycanı artıq “neytral platforma” statusundan çıxarıb, onu aktiv vasitəçi və sabitləşdirici güc kimi təqdim edir. Bu da Azərbaycanın Cənubi Qafqazdakı rolu ilə yanaşı, Yaxın Şərq və daha geniş geosiyasi məkan üçün də önəmli bir aktora çevrildiyini göstərir.

Regionda diplomatik yollarla sabitliyə nail olmaq üçün belə platformaların və etibarlı dialoq mərkəzlərinin olması həlledici rol oynayır. Azərbaycanın təşəbbüsü və ev sahibliyi bu baxımdan yalnız siyasi akt deyil, həm də sülhə töhfə verən strateji addımdır.

Ruslan Zəngəzur


SON XƏBƏRLƏR

03 Avqust 2025