• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Bakı metrosunda daşınansərnişinlərin sayı 5 faiz artıb

CƏMİYYƏT

11 Iyun 2024 | 13:33

Bakı metrosunda daşınan sərnişinlərin sayı 5 faiz artıb

“Bakı Metropoliteni” QSC cari ilin may ayında 21 milyon 64 min 976, yaxud orta statistik hesabla gün ərzində 679 min 515 sərnişin daşıyıb. Güzəştli imtiyaza malik olaraq, ödənişsiz əsaslarla metropolitendən 546 min 369 sərnişin istifadə edib.

QSC-dən Bakıvaxtı.az-a bildirilib ki, Bakı metrosuna ən çox sərnişin may ayının 21-də daxil olub (800 min 901). Ən az sərnişin daşınan gün isə ötən ayın 12-sidir (431 min 715).

Ay ərzində 10 qeyri-iş günü olub. Bayram və istrahət günlərində orta hesabla gündəlik daşıma 512 min 271 sərnişin olub. Qalan 21 iş günü ərzində orta statistik gündəlik daşıma 759 min 154 sərnişin təşkil edib. Ümumiyyətlə, ay ərzində metropolitendən istifadə edən sərnişinlərin 75,68 faiz məhz iş günlərində yeraltı nəqliyyatın xidmətinə müraciət edib.

Postpandemiya dövründə may aylarının müqayisəsinə əsasən, sərnişin sayı artmaqdadır. Cari ilin may ayında pandemiyadan əvvəlki 2019-cu ilə nəzərən cəmi 1,6 faiz az sərnişin daşınsa da, 2022-ci və 2023-cü illərin eyni dövrləri ilə müqayisədə sərnişin daşıma artımı, müvafiq olaraq 16,3 faiz və 5 faiz olub.

İlin 5 ayının müqayisəli təhlili də sərnişindaşımada artım müşahidə olunduğunu göstərir (2022-ci ilə nəzərən 16,4 faiz, 2023-cü illə müqayisədə 3,6 faiz). Lakin ötən 5 ayda 2019-cu ilin eyni dövründən 3,5 faiz az sərnişin daşınıb.

Ay ərzində “Əlçatan metro layihəsi üzrə xidmətə 88 əlil arabası istifadəçisi müraciət edib. Ötən ilin may ayı ilə müqayisədə cari ilin eyni ayında 7 sərnişin az daşınıb. Lakin iki ilin 5 ayı üzrə nəticələrə nəzər saldıqda, bu xidmətdən istifadə edənlərin sayı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 44,13 faiz artıb.


SON XƏBƏRLƏR

26 Iyul 2024