• Bakı 21° C

    5.89 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Ali məktəblərdə YENİLİK - BU FƏNN...

CƏMİYYƏT

11 Iyul 2024 | 11:25

Ali məktəblərdə YENİLİK - BU FƏNN...

Azərbaycanda qəbul edilməsi nəzərdə tutulan 2024-2026-cı illər üzrə Milli Fəaliyyət planında aparıcı ali təhsil müəssisələrində rəqabət qanunu fənni üzrə tədrisin başlanılması nəzərdə tutulub.

Bakıvaxtı.az xəbər verir ki, bunu I Milli Rəqabət Forumunda çıxışı zamanı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli deyib.

    "Bu istiqamətdə Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universiteti və bir sıra başqa ali təhsil müəssisələri ilə aktiv dialoqdayıq", - deyə o əlavə edib.

    M.Abbasbəyli bildirib ki, əsas məsələlərdən biri ölkəmizdə rəqabətin bölüşdürülməsi meyarlarını müəyyənləşdirməkdir:

    "Milli Fəaliyyət Planının əsas istiqamətlərindən biri ölkədə rəqabətçilik indeksinin müəyyənləşdirilməsi və bunun üçün də rəqabət xəritəsinin hazırlanmasıdır. Bu, çox böyük data və onların təhlilini tələb edir. Bu, bir günlük proses deyil. Sonda gözlədiyimiz nəticə açıq platforma üzərindən rəqabət xəritəsinin mövcud olması, hər bir bölgəmizdə sahibkarlıq strukturları, onların bazar payları və verdikləri məhsullar üzrə geniş data məhsulunun ictimaiyyətə təqdim olunmasıdır".


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    19 Sentyabr 2026
    18 Sentyabr 2026