• Bakı C

    2.46 m/s

  • USD - 1.7

    EUR - 1.7513

    RUB - 1.6667

Bakıda tikiliyə görə mübahisə düşdü: "Gərək başımızı götürüb qaçaq" - VİDEO

CƏMİYYƏT

10 Avqust 2024 | 10:50

Bakıda tikiliyə görə mübahisə düşdü: Gərək başımızı götürüb qaçaq - VİDEO

Xətai rayonu, Ələddin Quliyev küçəsi 11/30 ünvanında qeyri-qanuni tikinti işləri aparıldığı iddia olunur.

Bakıvaxtı.az xəbər verir ki, sakinlərin sözlərinə görə, yaşadıqları binanın qarşısında ikimərtəbəli binanın tikintisi nəzərdə tutulsa da, əlavə mərtəbənin inşasına başlanılıb.

"Tikinti başa çatsa, mənim evimin qabağı bütünlüklə bağlanacaq. Nə hava gəlir, nə də işıq, sanki həbsxanada yaşayıram. Gərək başımızı götürüb qaçaq", - deyə şikayətçi bildirib.

Xətai Rayon İcra Hakimiyyətindən isə bildirilib ki, vətəndaşların narazılığı nəzərə alınaraq sözügedən tikinti dayandırılıb:

"Əlavə mərtəbələrin tikintisinə görə sahibkara müvafiq sənədlərin təqdim olunması üçün müraciət olunub. Məsələ araşdırılandan sonra müvafiq qərar veriləcək".

Ətraflı Baku TV-nin süjetində:

 


SON XƏBƏRLƏR