Valideyin diqqətsizliyindən nəzarətsiz qalan 3 azyaşlı uşaq sosial təhlükəli vəziyyətdə ötən gün axşam saatlarında "Azərbaycan Uşaqları" İctimai Birliyinin Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinə yerləşdirilib.
Bu barədə Bakıvaxtı.az-a sığınacağın mətbuat katibi Rüfət Zəkizadə məlumat verib.
Belə ki, onlar təhlükəsizliyinin təmin edilməsi və hüquqlarının qorunması eləcə də səhhətlərində olan problemlərin aradan qaldırılması məqədi ilə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Abşeron Rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsi tərəfindən "Azərbaycan Uşaqları" İctimai Birliyinin Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinə yerləşdirilib.
İlkin olaraq azyaşlılar tibb mütəxəssisləri tərəfindən müayinə olunub.