• Bakı 15° C

    2.41 m/s

  • USD - 1.7

    EUR - 1.8945

    RUB - 2.1118

"Mən ikinci Vaqif Gərayzadəyəm" - Elnarədən ŞOK SÖZLƏR

CƏMİYYƏT

09 Sentyabr 2024 | 09:16

"Mən ikinci Vaqif Gərayzadəyəm" - Elnarədən ŞOK SÖZLƏR

"Yeni nəsə öyrənməyə can atan adamam. Musiqiçiyəm, məni digərlərindən fərqləndirən cəhətim də budur. Əsas vəzifəm kütlənin zövqünə işləmək deyil. Zövqü diktə etməkdir. İxtiyarım yoxdur nə gəldi oxuyum ki, təki pul qazanım. Müəllimlərin məni daşlayar. 25 ildir musiqiyə heç bir təmənna güdmədən xidmət edirəm. son illər musiqi məktəbi yaratmışam. Böyük komanda işləyir. Böyük prodüser mərkəzidir. Orada ulduz yetişdirirəm. Bəzilərinin ulduzunu yandırmışam".

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri müğənni Elnarə Xəlilova "Künc-bucaq" yutub layihəsində deyib. Sənətçi yaradıcılığından danışıb.

E.Xəlilova "İkinci Aybəniz Haşımova yetişir" sözlərinə belə reaksiya verib:

"Mən ikinci Vaqif Gərayzadə (bəstəkar - red.) deyərdim. Onun məktəbinin yetirməsiyəm, onun dəvəti ilə bir çox müğənniyə dərs etmişəm. Həmin "Şərq ulduzları"ndan Safurə Əliyeva, Fərid Məmmədov çıxmışdı. Bu, bizim uğurumuz idi. Fərid "Şərq ulduzları"ndan sonra Bülbüllərə gedib. Mən Vaqif Gərayzadənin davamçısıyam, onun etdiklərini təkrarlayıram"./Axşam.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Oktyabr 2026