• Bakı 22° C

    10.44 m/s

  • USD - 1.7

    EUR - 1.8675

    RUB - 0.0177

"Azərbaycan müəllimi" qəzetinin saytı yeniləndi

CƏMİYYƏT

08 Oktyabr 2024 | 17:15

Azərbaycan müəllimi qəzetinin saytı yeniləndi

"Azərbaycan müəllimi" qəzetinin saytı yeni dizaynı və artırılmış funksionallığı ilə xidmətinizdədir.

Bakıvaxtı.az muallim.edu.az-a istinadən xəbər verir ki, oxucuları indi elm və təhsil, o cümlədən ictimai-siyasi həyatda baş vermiş yenilikləri daha rahat əldə edə biləcəklər.

İlk növbədə qeyd edək ki, əvvəlki versiyadan fərqli olaraq saytın bütün cihazlar üçün həssas görünüş rejimi təmin edilib, yeni funksional alətlər tətbiq olunub.

Yeniliklərdən biri qəzetə elan göndərilməsi prosedurunun sadələşdirilməsidir. Belə ki, artıq ümumi məzmunlu və ya təhsil sənədinin itirilməsi ilə bağlı elanları redaksiyaya yaxınlaşmadan birbaşa sayt üzrərindən göndərmək mümkündür.

Bundan başqa yeni versiyada əlavə olaraq "Bloq" bölməsi də yaradılıb. Elm və təhsil sahəsinə dair məqalələrini geniş auditoriyaya çatdırmaq istəyənlər (təhsil işçiləri, müəllimlər, tələbələr, doktorantlar və s.) özləri haqqında məlumat yerləşdirməklə şəxsi kabinetlərini yarada və yazılarını əlavə edə bilərlər.

Saytın daha da təkmilləşdirilməsi istiqamətində işlər davamlı aparılacaq.

Qeyd edək ki, yenilənmiş saytda əvvəlki versiyaya keçid də əlavə olunub. Milli.Az


SON XƏBƏRLƏR