• Bakı 15° C

    2.75 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Qarabağ Universitetinin təqdimatı olub

CƏMİYYƏT

11 Iyul 2024 | 12:06

Qarabağ Universitetinin təqdimatı olub

Xankəndidə yaradılan Qarabağ Universitetinin rektoru Şahin Bayramov Gəncədə şagird, valideyn və təhsil işçiləri ilə görüşüb.

Bakıvaxtı.az xəvər verir ki, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində təşkil olunan görüşdə çıxış edən Şahin Bayramov Qarabağ Universiteti haqqında məlumat verib, orada yaradılmış şəraitlə bağlı danışıb.

Rektor çıxışında abituriyentləri və şagirdləri Qarabağ Universitetində təhsil almağa dəvət edib.

Universitetdə həyata keçirilən işlərdən ətraflı bəhs edən Ş.Bayramov daha sonra abituriyentləri və valideynləri maraqlandıran məsələlərə aydınlıq gətirib, ona ünvanlanan çoxsaylı sualları cavablandırıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026