• Bakı 21° C

    3.7 m/s

  • USD - 1.7

    EUR - 1.9357

    RUB - 2.0145

Bakı xəstəxanalarında növbələrin səbəbləri açıqlandı

CƏMİYYƏT

26 Aprel 2024 | 12:03 | Müəllif: Qalib İbrahimoğlu

Bakı xəstəxanalarında növbələrin səbəbləri açıqlandı

“Bakıdakı xəstəxanalarda yaranan növbələrin əsas səbəblərindən biri vətəndaşın paytaxtda xidmət almaq istəməsidir”.

Bakıvaxtı.az xəbər verir ki, bu barədəTƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov “Elektron tibbi arayış” xidmətinin təqdimatı zamanı bildirib.

Onun sözlərinə görə, bölgə xəstəxanalarında şərait yaradılsa da, vətəndaş əksər hallarda xidmət üçün Bakını seçir:

“Biz regionda yaşayan vətəndaşların xidmət üçün Bakıya üz tutmasının tərəfdarı deyilik. Hazırda regionlarda həkim çatışmazlığının aradan qaldırılması üçün də işlər görülür.

Bəzi bölgələrdə artıq bu problem həll olunub. İlin sonuna qədər bu işlər həllini tapacaq”.

Günəş Mərd


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR