• Bakı 27° C

    1.31 m/s

  • USD - 1.7

    EUR - 1.8253

    RUB - 0.0193

Nardarandakı çimərlikdə araşdırma: çirklənmə..

CƏMİYYƏT

25 May 2024 | 23:06

Nardarandakı çimərlikdə araşdırma: çirklənmə..

Nardaran qəsəbəsi "Daçnik" adlanan çimərliyin sahilinin çirklənməsi ilə bağlı sosial şəbəkələrdə yayılımış görüntülərlə əlaqədar Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları tərəfindən yerində araşdırma aparılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.

Xidmət rəsmisi Qafar Ağayev bildirib ki, araşdırma zamanı dənizin sahilində çirkab su müşahidə edilməyib, lakin mamır və qırmızı yosun toplantısına rast gəlinib.

Xidmət rəsmisinin sözlərinə görə, fotolardakı görüntünün Xəzər dənizinin geri çəkilməsi səbəbindən mamır və qırmızı yosunun ərazidə toplanaraq suyun çirkab olması fonunu yaratdığı müəyyən olunub.

“Vizual olaraq ərazidə tullantı suları aşkar edilməsə də mütəxəssislər tərəfindən analiz olunması üçün sudan nümunə götürülüb. Laborator analizin nəticəsi müəyyən olunduqdan sonra tərəfimizdən əlavə məlumat veriləcək”.


SON XƏBƏRLƏR

17 Iyun 2024