• Bakı 13° C

    3.9 m/s

  • USD - 1.7

    EUR - 1.9608

    RUB - 2.1123

Bakı zooparkında pələng balası doğuldu - FOTOLAR

CƏMİYYƏT

13 Iyun 2022 | 13:58

Bakı zooparkında pələng balası doğuldu - FOTOLAR

"Bakı Zooloji Parkının tarixində ilk dəfə! Pələng ilində dünyaya gələn dişi pələng balası - Nur".

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva "İnstagram" səhifəsindəki paylaşımda bildirib.

Paylaşımda deyilir: "Bu balanın dünyaya gəlməsi bizim üçün möhtəşəm hadisədir, çünki pələnglər digər məməlilər kimi sürətlə çoxalmır. Təbiətdə pələnglərin nəsli kəsilmək üzrədir və hazırda 4000-dən az fərd qalıb. Bala hal-hazırda karantində, baytar həkim və zoopark əməkdaşlarının mütəmadi nəzarəti altında saxlanılır və daha sonra valideynlərinə qovuşacaq".


SON XƏBƏRLƏR

03 Aprel 2026