• Bakı 11° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Nazir sıra baxışı keçirdi - FOTO

CƏMİYYƏT

13 Iyul 2022 | 13:36

Nazir sıra baxışı keçirdi - FOTO

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışını keçirib.

Daxili İşlər Nazirliyindən Bakıvaxtı.az-a verilən məlumata görə, sıra baxışında kütləvi informasiya vasitələrində əvvəlcədən verilmiş elana uyğun olaraq nazirliyə onlayn qaydada müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 234 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onlardan da 68 nəfəri Vətən müharibəsinin iştirakçısı olub.

Nazir V.Eyvazov daxili işlər orqanlarında xidmətə qəbul ediləcək gənclərə polis adını və şərəfini daim uca tutmalarını, bilik və bacarıqlarını, dünyagörüşlərini artırmalarını, öz üzərlərində səylə çalışmalarını və vətəndaş məmnunluğunun təmininə layiqli töhfə vermələrini tövsiyə edib.


Nazir sıra baxışı keçirdi - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026