• Bakı 13° C

    1.79 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Benzini bahalaşdıraraq tıxacın qarşısını almaq istəyirlər?

CƏMİYYƏT

13 Iyul 2022 | 10:55

Benzini bahalaşdıraraq tıxacın qarşısını almaq istəyirlər?

“Kimlərsə yollarda fərdi avtomobillərin sayının artmasının qarşısını həm də bu üsulla - yanacağı bahalaşdırmaqla almaq istəyirlər”.

Bakıvaxtı.az xəbər verir ki, bunu nəqliyyat eksperti Ərşad Hüseynov bildirib.

Onun sözlərinə görə, premium markalı (Aİ-95) benzinin qiymətinin ciddi şəkildə (25 %) bahalaşmasının iqtisadi əsaslandırılmasının nə dərəcədə səmimi və obyektiv olduğu bəlli deyil:

“Bu məsələdə əmin olduğum başqa bir həqiqət var: Kimlərsə yollarda fərdi avtomobillərin sayının artmasının qarşısını həm də bu üsulla - yanacağı bahalaşdırmaqla alnaq istəyirlər. Lakin bu, çox yanlış yanaşmadır. Fərdi avtomobillərdən istifadəni azaltmaq üçün ictimai nəqliyyatı inkişaf etdirmək, mikromobillik (velosipeddən nəqliyyat kimi istifadə və s.) üçün münbit zəmin yaratmaq lazımdır. Yanacağın qiymətinin artması yalnız yeni və daha ağır problemlər doğura bilər...”

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026