• Bakı 10° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Bakıda 72 yaşlı şəxsə qarşı quldurluq 

HADİSƏ

19 Mart 2025 | 11:37

Bakıda 72 yaşlı şəxsə qarşı quldurluq

Yasamal rayonunda quldurluqda şübhəli bilinən şəxs saxlanılıb.

Bakıvaxtı.az DİN-ə istinadən xəbər verir ki, Yasamal rayonu ərazisində yerləşən evlərdən birinin qarşısında naməlum şəxsin 72 yaşlı bir nəfərə fiziki zor tətbiq etməklə 800 manat dəyərində mobil telefonunu və qol saatını talaması barədə polisə məlumat daxil olub.

Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 35 yaşlı A.Babayev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026