• Bakı 22° C

    2.99 m/s

Bakıda bu ərazidə 4 bina sökülür - 1660 manat...

CƏMİYYƏT

26 Fevral 2025 | 11:33

Bakıda bu ərazidə 4 bina sökülür - 1660 manat...

Binəqədi rayonu, Rəsulzadə qəsəbəsindəki yaşı 60 ili ötmüş 2 mərtəbəli, 4 binanın sakinləri köçürülür. 

Bakıvaxtı.az xəbər verir ki, sakinlərin sözlərinə görə, bununla bağlı Binəqədi rayon 145 saylı Mənzil Kommunal və Texniki Xidmətlər Sahəsinə çağrılıblar və onlara xəbərdarlıq edilib.

49  ailənin yaşadığı bina sakinlərinə yaşadıqları  mənzillərin  qəzalı vəziyyətdə olduğu deyilib. Onlara hər kvadrat metrə görə, 1660 manat kompensasiya ödəniləcəyi bildirlib.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən "Xəzər Xəbər"in sorğusuna cavab olaraq bildirldi ki, həmin yaşayış binasının qəzalı vəziyyətdə olması təsdiqlənib. Bu binalar sıx tikilmiş fərdi evlər zonasında yerləşir və bu səbəbdən yerində çoxmərtəbəli binanın tikintisi mümkün deyil. Bina sakinlərinin yaxın müddətində dövlət vəsaiti hesabına köçürülməsi, binaların isə sökülərək ərazinin abadlaşdırılması planlaşdırılır.

"Qiymətləndirmə fəaliyyəti haqqında" Qanuna əsasən, qiymətləndirici şirkətlər tərəfindən verilən qiymət təklifi əsasında mənzillərin faktiki sahəsinin hər kvadrat metrinin dəyəri hesablanaraq 1660 manat müəyyənləşdirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Oktyabr 2026