• Bakı 19° C

    5.65 m/s

  • USD - 1.7

    EUR - 1.9055

    RUB - 2.0299

Bakıda dəm qazı normadan yüksək olub

CƏMİYYƏT

04 Dekabr 2023 | 19:32 | Müəllif: Subhan Mahmudov

Bakıda dəm qazı normadan yüksək olub

Bakı və Sumqayıtda havada dəm qazının miqdarı normadan çox olub.

Bu barədə Bakıvaxtı.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, atmosfer havasının keyfiyyətinin monitorinqi gündəlik olaraq Bakı şəhərinin Səbail, Xətai, Nizami, Nərimanov rayonları və Sumqayıt, Gəncə şəhərləri ərazisində hava keyfiyyəti üzrə fasiləsiz fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə həyata keçirilir.

Stansiyalardan əldə etdiyimiz məlumatların təhlilinə əsasən gün ərzində Bakı şəhəri üzrə hava keyfiyyət göstəricilərindən dispers toz hissəcikləri 1.6, dəm qazı 1.3, azot-4 oksid 1.1, Sumqayıt şəhərində dispers toz hissəcikləri 1.3 dəfə normadan yüksək müəyyən edilib.

"Havada müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar lokal xarakterlidir. Dəm qazı və azot-4 oksidin miqdarının normadan yüksək olmasına səbəb nəqliyyatın hərəkətinin intensiv xarakter daşıması, sənaye müəssisələrinin fəaliyyəti və insan faktoru ilə əlaqədardır", - məlumatda vurğulanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Oktyabr 2026