• Bakı C

    5.48 m/s

  • USD - 1.7

    EUR - 1.7609

    RUB - 1.6425

Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 15 %-dən çox artıb

CƏMİYYƏT

24 Fevral 2024 | 13:45

Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 15 %-dən çox artıb

Bu ilin yanvar ayında Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 523,1 milyon manat olub.

Bu barədə Bakıvaxtı.az-a Bakı şəhər Statistika İdarəsindən bildirilib.

Məlumata görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,4 % çoxdur.

Hesabat dövründə hüquqi şəxslər əhaliyə 510,8 milyon manatlıq xidmət göstərib ki, bu da xidmətlərin ümumi dəyərinin 97,6 %-ini təşkil edib.

Xatırladaq ki, cari ilin birinci ayında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri illik müqayisədə real ifadədə 4,9 % artaraq 946,1 milyon manat olub.

 

SON XƏBƏRLƏR

20 Dekabr 2024