• Bakı 15° C

    7.55 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Yerdə çox güclü maqnit qasırğası müşahidə olunur

CƏMİYYƏT

24 Mart 2024 | 22:30 | Müəllif: Subhan Mahmudov

Yerdə çox güclü maqnit qasırğası müşahidə olunur

Martın 24-də Yerdə çox güclü maqnit qasırğası müşahidə olunur.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiyanın Tətbiqi Geofizika İnstitutunun (TGİ) kosmik hava durumu monitorinqi bildirib.

“Maqnit qasırğası davam edir”, – TGİ diqqətə çatdırıb.

Yerin maqnit sahəsindəki sapma indi G4 səviyyəsinə çatıb (bu, beş indikatorlu monitorinq şkalasında “çox güclü” deməkdir, G5 “son dərəcə güclü”, G1 isə “zəif”dir).

Bu səviyyədəki maqnit qasırğası Yer kürəsində rabitəyə ciddi müdaxilələrlə yanaşı, radiorabitələrdə ciddi pozuntular, habelə peyk və radiotezlik naviqasiyasında bir neçə saatlıq fasilələrə yol aça bilər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR