• Bakı 19° C

    5.16 m/s

  • USD - 1.7

    EUR - 1.9357

    RUB - 2.0145

Bu rayonlara dolu düşüb - FAKTİKİ HAVA

CƏMİYYƏT

23 Aprel 2024 | 17:00

Bu rayonlara dolu düşüb - FAKTİKİ HAVA

Aprelin 23-ü saat 16:30-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, Ordubad, Qrız, Şahdağ, Şamaxı, İsmayıllı, Qobustan, Qusar, Xınalıqda şimşək çaxıb, arabir yağış yağıb.

Milli Hidrometeorologiya Xidmətindən Bakıvaxtı.az-a verilən xəbərə görə, saat 15:30 radələrində Şamaxı rayonu Məlhəm kəndinə 15 dəqiqə ərzində diametri 3-4 mm, İsmayıllı rayonu Qalacıq kəndinə isə saat 15:45-16:00 radələrində 10-11 mm olan dolu düşüb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 24, Naxçıvan MR-da 25, Aran rayonlarında 28, dağlıq rayonlarda 19, yüksək dağlıq ərazilərdə isə 4 dərəcəyədək isti qeydə alınıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR