• Bakı 28° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.8253

    RUB - 0.0193

Orduda neqativ hallar daha qorxuludur - AÇIQLAMA

CƏMİYYƏT

23 May 2024 | 15:55

Orduda neqativ hallar daha qorxuludur - AÇIQLAMA

"Azərbaycan Ordusunda neqativ halları görmək, açığı bir az daha qorxuludur”.

Bunu Ordu sistemində baş verənləri Bakıvaxtı.az-a dəyərləndirən politoloq Həşim Səhrablı deyib.

Onun sözlərinə görə, istənilən qurumda özbaşınalığın, rüşvət hallarının olması ürəkaçan mənzərə deyil:

“Hər bir sahədə şəffaflığın və inkişafa yönəlik çalışmanın tərəfdarıyıq”.

Müsahibimizə görə, İkinci Qarabağ mühaibəsində əldə edilən müvəffəqiyyətlər bir daha sübut etdi ki, bir dövlətin üstünlüklərindən biri məhz onun hərbi qüdrətinin yüksək olmasıdır. Bir ölkənin hərbi qüdrəti nə qədərdirsə, bir o qədər dünyada öz yerini alacaq. Sivil hüquqlarını, ərazi bütövlüyün, xalqının, dövlətin maraqlarını müdafə edəcək:

“Bu baxımdan Azərbaycan Ordusunda kiçik özbaşınalıq, xırda qanun pozuntusu, yaxud qeyri-şəffaflıq heç də xoş mənzərə deyil. Azərbaycan Ordusunda belə bir halın baş verməsi nələrə səbəb ola bilər, risklər nəyi ehtiva edir? Hər bir orqanda, müəssisədə xırda problemlər zamanla daha böyük fəlakətlərə qapı açır. Kiçik qanun pozuntuları bir mərhələdən sonra sistemin işlək mexanimzini zədələyir və bu da ümumi maraqlara təsir göstərir. Azərbaycan Ordusunda kiçik və ya böyük olmasından asılı olmadan korrupsiya hallarının yaşanması bir nöqtədə Ordumuzun qüdrətinə də zərbə vura bilər. Özbaşınalıq artdıqca şəxsi heyət arasında sovet dövründə olan "dedovşina"ları da tətikləyər. Kim necə istəsə, onu icra etmək haqqını özündə görər. Həmçinin, kiçik rütbəli zabitlər generalların qanunsuz əməllərindən xəbərdar olar və onu şantaj edərsə, burada heç bir funksionallıqdan, avtoritar rejimdən danışmaq olmaz".

Həşim Səhrablı: Özbaşınalıq artdıqca şəxsi heyət arasında sovet dövründə olan "dedovşina"ları da tətikləyər

Həmsöhbətimiz vurğulayıb ki, hərbidə özbaşınalıq xaosdur, ordunun qüdrətinin aşağı düşməsi deməkdir:

“Təəssüf ki, dərs almırlar, çünki bu, Azərbaycan Ordusunda yaşanan neçənci hadisədir. Buna qarşı mübarizə tədbirləri görülsə də, görünən odur ki, çox effektli deyil. Belə çıxır ki, cəza yöntəmləri effektiv olmur və digərlərini qorxutmur. Ona görə də kim olmasından, arxasında kimlərin olmasınan asılı olmayaraq, cəzalar daha da sərtləşdirilməlidir. Ələlxüsus, torpaqlarımızın işğaldan azad ediləsindən və şanlı Zəfərdən sonra hansısa generalın pul müqabilində vəzifəsindən sui-istifadə etməsi arzuolunmazdır".

Aydın Baxış


SON XƏBƏRLƏR

15 Iyun 2024