• Bakı 14° C

    3.87 m/s

  • USD - 1.7

    EUR - 1.8246

    RUB - 0.0185

Tovuz dəmir yolu stansiyasında sərnişin qəbulu dayandırıldı

CƏMİYYƏT

23 Aprel 2024 | 17:41

Tovuz dəmir yolu stansiyasında sərnişin qəbulu dayandırıldı

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Bakı-Ağstafa-Bakı marşrutu ilə hərəkət edən qatarlarına Biləcəri, Yevlax, Goran, Gəncə, Dəllər, Qovlar və Ağstafa stansiyalarında dayanacaq verilir.

ADY-dan Bakıvaxtı.az-a verilən məlumata görə, təmir-yenidənqurma işlərinin aparılması ilə bağlı hazırda qatarların Tovuz stansiyasında dayanması mümkün deyil.

    “Yaxın aylarda təmir işləri bitdikdən sonra bu barədə ictimaiyyətə məlumat veriləcək və stansiya yenidən sərnişinləri qəbul edəcək”, - məlumatda qeyd olunur.


    SON XƏBƏRLƏR