• Bakı 12° C

    6.24 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Moldovada "Swift Response - 2024" hərbi təlimləri keçiriləcək

DÜNYA

03 May 2024 | 14:55 | Müəllif: Gülşən Şərif

Moldovada "Swift Response - 2024" hərbi təlimləri keçiriləcək

Hərbi təlimlərə ABŞ-nin Avropa və Afrikadakı komandanlığı rəhbərlik edəcək.

Bakıvaxtı.az Anadolu Agentliyinə istinadən bildirir ki, bununla bağlı Moldova Müdafiə Nazirliyi bəyanat yayıb.

Bəyanata əsasən, mayın 9-da Swift Response-2024 (“Quick Response”) adlı irimiqyaslı Moldova-Amerika təlimləri başlayacaq. Moldova  ərazisində keçiriləcək təlimlər 16 may tarixində bitəcək. 

Moldova ordusunun polkovnik-leytenantı İon Kotsofanenin sözlərinə görə, təlimin məqsədi  əsgərlər arasında qarşılıqlı əlaqə yaratmaq, həmçinin fərdi və kollektiv hərbi təlimlərin müasir texnika, metod və prosedurlarını tətbiq etməkdir.

Təlimlərə Moldovanın motoatıcı briqadası, milli ordunun "Molniya" xüsusi təyinatlı batalyonu və ABŞ-nin 82-ci hava-desant diviziyasının 400 əsgəri cəlb olunacaq. 

Təlimlərdə Milli Ordunun texniki hissələri, eləcə də ABŞ-nin Avropa və Afrikadakı komandanlığının iki "C-130 Hercules" hərbi təyyarəsi iştirak edəcək. Plana əsasən, hərbi təyyarələr vasitəsilə Floresti, Falesti və Balti şəhərlərinin perimetri daxilində paraşütlə tullanmalar həyata keçirəcəklər. 

Bundan başqa, "Mun" Təlim Mərkəzində atıcı silahlardan canlı atəş açılacaq.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR