• Bakı 11° C

    3.98 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Kimsə üzümüzə şillə vurmaq istəyəndə... - Ərdoğan

DÜNYA

02 Iyun 2024 | 10:33 | Müəllif: Subhan Mahmudov

Kimsə üzümüzə şillə vurmaq istəyəndə... - Ərdoğan

Seçki qutusunun nəticələri ilə millətimizin bizə çatdırdığı gözləntilərin, xüsusilə dəyişiklik və yenilənmə tələbinin fərqindəyik. Zamanı gələndə istəyinizlə bağlı tədbir görəcəyik.

Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan martın 31-də keçirilmiş bələdiyyə seçkilərində AKP-nin məğlub olmasını şərh edərkən vətəndaşlara müraciətində deyib.

"Siyasət ölkə və millət uğrunda gedən sərt mübarizənin adıdır. Lüğətimizdə siyasətin yalnız bir məqsədi var. Bu da millətə xidmətdir. Kimsə üzümüzə şillə vurmaq istəyəndə o biri üzümüzü çevirmədik, cavab verdik. Biz heç vaxt ədəbdən güzəştə getməmişik, amma kobudluğu da cavabsız qoymamışıq.

Bir müddət bu ölkədə həyata keçirilən yanlış siyasət nəticəsində kürdlər marjinal vəziyyətə düşdü. Hamısı ilə biz qucaqlaşdıq", - Ərdoğan qeyd edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026