• Bakı 24° C

    2.16 m/s

  • USD - 1.7

    EUR - 1.9753

    RUB - 2.1795

İrlandiyada "Eurovision 2024"a qarşı nümayiş keçirilib

MƏDƏNİYYƏT

03 May 2024 | 15:41

İrlandiyada Eurovision 2024a qarşı nümayiş keçirilib

İrlandiyanın paytaxtı Dublində İsrailin iştirakına görə "Eurovision" mahnı müsabiqəsini boykot etməyə çağıran nümayiş keçirilib.

Bakıvaxtı.az "CNN"ə istinadən bildirir ki, nümayiş "İrlandiya-Fələstin Həmrəylik Dərnəyi" və "İrlandiya-Fələstin Rəssamları" tərəfindən təşkil olunub.

Nümayişdə irlandiyalı musiqiçi Liam Ó Maonlai, müğənni Meri Koflan, avstraliyalı musiqiçi Stiven Rea və bir çox incəsənət adamları iştirak ediblər.

Nümayiş zamanı İrlandiyanın ənənəvi musiqisi və rəqsləri səsləndirilib. Eyni zamanda nümayişçilər İsrailin hücumlarında həlak olan qəzzalıları təmsil etmək üçün yerə uzanıblar.

İştirakçılar beynəlxalq aləmə səslənərək, İsrailin "Eurovision"da iştirakını boykot etməyə çağırıblar.

Gülşən Şərif


SON XƏBƏRLƏR