• Bakı 12° C

    4.8 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

"Crocus" terrorunun təşkilatçılarından biri məhv edilib

DÜNYA

03 May 2024 | 13:47

"Crocus" terrorunun təşkilatçılarından biri məhv edilib

"Crocus" terror aktının təşkilatçılarından biri məhv edilib.

Bakıvaxtı.az xəbər verir ki, Rusiya Federal Təhlükəsizlik Xidməti əməkdaşları tərəfindən Leninqrad vilayətində həbs cəhdi zamanı Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin agenti Nikolay Surnovun öldürüldüyünü açıqlayıb.

Qeyd olunub ki, Surnov “Crocus”da törədilən terror aktının şübhəli ortaqlarından və təşkilatçılarından biri olub.

Onun avtomobilindən silah və partlayıcı maddələrin izləri aşkar edilib.

FTX-nin məlumatına görə, Surnov Litvadan Rusiyaya gələrək Rusiya Müdafiə Nazirliyinin obyektlərində terror aktları planlaşdırıb. O, Leninqrad vilayətinin Qatçina rayonunda aşkarlanıb. Saxlanılan zaman müqavimət göstərib və güllələnib.APA


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026