• Bakı 22° C

    3.84 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Rusiyalı diplomat Almaniya XİN-ə çağırıldı

DÜNYA

03 May 2024 | 19:32 | Müəllif: Subhan Mahmudov

Rusiyalı diplomat Almaniya XİN-ə çağırıldı

Rusiyanın Berlindəki səfirliyinin müvəqqəti işlər vəkili kiberhücumla əlaqədar Almaniya Xarici İşlər Nazirliyinə çağırılıb.

Bakıvaxtı.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Almaniya XİN məlumat yayıb.

Məlumata görə, rəsmi Berlin Rusiyanı Almaniya Sosial Demokrat Partiyası İdarə Heyətin üzvlərinin elektron poçtunun şifrəsini sındırmaqda ittiham edib.

Qeyd edək ki, Rusiya tərəfi haker hücumlarında iştirakla bağlı ittihamları dəfələrlə rədd edib. Rəsmi Moskva iddia edir ki, Almaniya hüquq-mühafizə orqanlarından kibercinayətkarların Moskva ilə əlaqələri haqqında heç bir sübut təqdim etməyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Sentyabr 2026