• Bakı 18° C

    2.26 m/s

  • USD - 1.7

    EUR - 1.9942

    RUB - 2.0372

Rusiyada sağlam qidadan 33 nəfər zəhərləndi

DÜNYA

02 Iyun 2024 | 18:00

Rusiyada sağlam qidadan 33 nəfər zəhərləndi

Rusiyanın Kalininqrad şəhərində 33 nəfər sağlam qidaların çatdırılması ilə məşğul şirkətinin məhsullarından istifadə etdikdən sonra bağırsaq infeksiyasına yoluxub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Kalininqrad vilayəti üzrə şöbəsi məlumat yayıb.

“Fərdi sahibkar öz fəaliyyətini “Rospotrebnadzor”a xəbər vermədən həyata keçirib, məhsulların istehsalı antisanitar şəraitdə həyata keçirilib. Artıq faktla bağlı “İstehlakçıların həyat və sağlamlığının təhlükəsizliyinə dair tələblərə cavab verməyən xidmətlərin göstərilməsi” maddəsi ilə cinayət işi başlanıb”, - məlumatda qeyd olunub.


SON XƏBƏRLƏR