• Bakı 19° C

    19.82 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

İran Çinə nota VERDİ

DÜNYA

02 Iyun 2024 | 17:16 | Müəllif: Subhan Mahmudov

İran Çinə nota VERDİ

Çinin İrandakı səfiri bu gün İran Xarici İşlər Nazirliyinə çağırılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə IRNA məlumat yayıb.

Məlumata görə, buna səbəb "Çin Xalq Respublikası və Birləşmiş Ərəb Əmirliklərinin birgə iclasının yekun bəyanatının 26-cı bəndində yer alan əsassız iddialara Çin hökumətinin dəstəyi" olub.

Bununla əlaqədar diplomata etiraz notası təqdim edilib.

Görüşdə İran xarici işlər nazirinin köməkçisi Məhəmməd Əli Bək qeyd edib ki, gözlənti Çin hökumətinin Tehran və Pekin arasında strateji əməkdaşlığı nəzərə alaraq bu məsələdə öz mövqelərinə düzəliş edəcəyindən ibarətdir.

Bildirilib ki, İran İslam Respublikası 3 ada (Böyük Tomb, Kiçik Tomb və Əbu Musa) ilə bağlı hər hansı bir tərəfin iddiasını rədd edir və qəbuledilməz hesab edir.

Çin səfiri bildirib ki, İran İslam Respublikası hökumətinin etirazını ən qısa zamanda ölkəsinə çatdıracaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Sentyabr 2026