Cənubi və Cənub-Şərqi Asiyanın bir çox ölkəsində məktəblər müvəqqəti olaraq bağlanıb.
Bakıvaxtı.az "Gulf Today" qəzetinə istinadən bildirir ki, buna səbəb gökm sürən anomal istilərdir.
Bildirilir ki, insan ölümünə səbəb olan istilərə görə məktəblərin mayın 6-dək bağlamasına qərar verilib. Hazırda 33 milyona yaxın uşaq məktəbə gedə bilmir.
Rəsmi açıqlamaya görə, Hindistanın Kerala ştatında günvurma nəticəsində iki nəfər ölüb. Ştatda havanın temperaturu normadan 5,5 dərəcə yuxarı qalxaraq 41,9 dərəcəyə çatıb.
Eyni zamanda temperaturun 37 dərəcəni keçdiyi Banqladeşdə təhsil dayandırılıb. Filippində isə fərdi təhsil 4 gün müddətinə dayandırılıb. Kambocada dövlət məktəblərində tədris gündə 2 saata endirilib.
Gülşən Şərif















