• Bakı 7° C

    2.16 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

“Batareyaları təhvil ver, təbiəti qoru” - ETSN-dən çağırış

CƏMİYYƏT

03 May 2024 | 14:58

“Batareyaları təhvil ver, təbiəti qoru” - ETSN-dən çağırış

İnsan sağlamlığına zərər verən, ətraf mühitə zərərli təsir göstərən  istifadəyə yararsız elektrik batareyalarının çeşidlənməsi və xüsusi şəraitdə zərərsizləşdirilməsi üçün fəaliyyətlər davam etdirilir və vətəndaşlara daha əlçatan olması məqsədilə işlənmiş batareyaların təhvil  məntəqələrinin sayı artırılaraq 400-ə çatdırılıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib.

O qeyd edib ki, toplama qutuları Bakıda və regionlarda müxtəlif dövlət qurumlarında, şirkətlərdə, marketlər şəbəkələrində, təhsil müəssisələrində, banklarda və hotellərdə yerləşdirilərək layihəyə dəstək verilir.

“İstifadəyə yararsız elektrik batareyaların çeşidlənməsi və xüsusi şəraitdə zərərsizləşdirilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qırmızı Ürəklər Fondu tərəfindən 1 may 2022-ci il tarixində “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə start verilib”.

 

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR