• Bakı 14° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Xankəndidə ilk körpə doğuldu - FOTOLAR

CƏMİYYƏT

23 Aprel 2024 | 17:11 | Müəllif: Qalib İbrahimoğlu

Xankəndidə ilk körpə doğuldu - FOTOLAR

İşğaldan azad edildikdən sonra Xankəndi şəhərindəki tibb müəssisəsində 1997-ci il təvəllüdlü Səadət Namazlının ilk körpəsi dünyaya gəlib.

Bu barədə Bakıvaxtı.az-a TƏBİB-dən bildirilib.

Məlumata götə, doğulan körpənin cinsi kişi, çəkisi 3 000,0 qr., boyu 49 sm. olub.

    Doğuş həkim-mama-ginekoloq Günel İsmayıl, həkim-anestezioloq-reanimatoloq Səbinə Mehdiyeva, assistent Tünzalə Bəşirova tərəfindən uğurla icra olunub.

    Hazırda anaya və körpəyə zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir, vəziyyətləri qənaətbəxşdir.

    Qeyd edək ki, Səadət Namazlının hamiləlik müddətində zəruri müayinələri aparılıb və onun vəziyyəti daimi diqqətdə saxlanılıb.


    Xankəndidə ilk körpə doğuldu - FOTOLARXankəndidə ilk körpə doğuldu - FOTOLARXankəndidə ilk körpə doğuldu - FOTOLAR
    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    19 Noyabr 2026