• Bakı 27° C

    3.48 m/s

  • USD - 1.7

    EUR - 1.8253

    RUB - 0.0193

Bəbir Hüseynov VƏFAT ETDİ

CƏMİYYƏT

23 May 2024 | 17:02

Bəbir Hüseynov VƏFAT ETDİ

Azərbaycan mətbuatının tanınmış simalarından olan respublikamızın əməkdar jurnalisti, Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisinin üzvü Bəbir Hüseynov 91 yaşında vəfat edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Mətbuat Şurasının yaydığı nekroloqda qeyd olunub.

    “Mərhumun doğmalarına və əzizlərinə, sənət dostlarına dərin hüznlə başsağlığı veririk”, - nekroloqda deyilir.

    Qeyd edək ki, Hüseynov Bəbir Qüdrət oğlu 1932-ci ildə Ağdam rayonunda dünyaya gəlib. Bakı Dövlət Universitetinin Tarix fakültəsinin məzunu olmuş Bəbir Hüseynov 1979-cu ildən “Ağdam” qəzetinin redaktoru kimi çalışıb. 1990-cı ildə nəşrin “Lenin yolu” adının dəyişdirilib özünə qaytarılması naminə böyük əmək sərf edib. Bu, sabiq SSRİ-nin mövcud olduğu dövrdə cəsarətli mövqe nümayişi idi.

    Yüksək təşkilatçılıq qabiliyyətinə malik olan B.Hüseynov yaradıcı gəncləri bir araya toplayıb və “Ağdam” qəzetinin fəaliyyətində yeni cığır açıb. Onun sayəsində nəşrdə doğma diyarın problemlərinin həllini, yeni nəslin vətənpərvərlik ruhunda tərbiyəsini, ümumən milli mənlik şüurunun dirçəldilməsini hədəf seçən çoxsaylı materiallar yayımlanıb. Jurnalist çətin müharibə şəraitində Azərbaycan həqiqətlərinin ictimaiyyətə çatdırılması istiqamətində yorulmaz fəaliyyət göstərib.

    B.Hüseynov jurnalistikaya yüksək sədaqəti ilə seçilib, örnək olub. O, peşənin güc və imkanlarını cəmiyyət və dövlət üçün səfərbər etmək baxımından da daim sözünü deyib, bu keyfiyyətinə, həmçinin səmimiyyətinə, qayğıkeşliyinə görə hörmət və rəğbət qazanıb.

    Bəbir Hüseynovun vəfatından kədərləndiyimizi bildirir, bir daha mərhumun doğmalarına, əzizlərinə və həmkarlarına dərin hüznlə başsağlığı verir, onların üzüntülərini bölüşürük.


    SON XƏBƏRLƏR

    15 Iyun 2024