• Bakı 15° C

    3.53 m/s

  • USD - 1.7

    EUR - 1.9717

    RUB - 2.1924

Bakıda elektrik naqili və velosiped oğruları saxlanılıb

HADİSƏ

01 Dekabr 2025 | 16:04

Bakıda elektrik naqili və velosiped oğruları saxlanılıb

Paytaxtın Qaradağ rayonunda oğurluq hadisəsi qeydə alınıb.

Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, gecə saat 4 radələrində Müşfiqabad qəsəbəsində yerləşən fərdi evlərdən birindən təxminən 800 manat dəyərində elektrik naqili oğurlanıb.

Hadisə ilə bağlı polis əməkdaşlarının keçirdiyi operativ tədbirlər nəticəsində oğurluqda şübhəli bilinən 26 yaşlı A. Səfərov və 35 yaşlı T. Kərimov saxlanılıblar.

Bundan başqa, Bakı şəhərinin Binəqədi rayonunda müxtəlif vaxtlarda bir neçə vətəndaşın evlərinin qarşısındakı saxlanc yerlərindən ümumi dəyəri 990 manat olan üç velosipedin oğurlanması faktı üzrə aparılan araşdırmalar başa çatdırılıb.

Bildirilib ki, polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində həmin cinayətləri törətməkdə şübhəli sayılan, əvvəllər dələduzluq və narkotik maddələrlə bağlı məhkumluğu olan 47 yaşlı Ə. Qurbanov tutulub.

Hazırda hər iki fakt üzrə araşdırmalar davam etdirilir.

Əli Hüseynov


SON XƏBƏRLƏR