Bakıda torpaq bazarı getdikcə daha rəqabətli bir hala gəlir. Şəhərin mərkəzindəki qiymətlər gündən-günə artdıqca, insanlar daha münasib torpaq almaq üçün şəhərkənarı ərazilərə üz tuturlar.
Bəs görəsən, Bakı ətrafında ən ucuz çıxarışlı torpaqlar hansı ərazilərdə yerləşir?
Bakıvaxtı.az Xəzər TV-yə istinadən bildirir ki, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyir ki, hazırda ucuz çıxarışlı torpaqlar daha çox bakı ətrafı kəndlərdə var ki, onların da qiyməti 1 sotuna görə 2000 manatdan 10 000 manata qədər dəyişir. Həmin ərazilərdə orta məktəblərin, avtobus xətlərinin az olması və metrostansiyaların uzaq məsafədə olması isə qiymətlərin aşağı olmasına ciddi təsir edən amillərdəndir.
Ekspertin sözlərinə görə, torpaq sahələrinin tükənməsi digər ərazilərdə olan torpaqlara təlabatı artıraraq qiymətlərin yüksəlməsinə gətirib çıxarır. Tədricən infrastrukturun qurulması ilə adıçəkilən ərazilərdə də bahalaşma gözlənilir. Bazarda qiymətlərin stabilləşməsi üçün yeni yanaşmalar lazımdır.
Elnur Fərzəliyev qeyd edib ki, Azərbaycanda daşınmaz əmlak bazarında illik ortalama qiymət artımı 10 faizdir.
Daha ətraflı videomaterialı təqdim edirik.