• Bakı 21° C

    3.85 m/s

  • USD - 1.7

    EUR - 1.8905

    RUB - 0.0186

Bakıda inanılmaz fırıldaq: qonşunun torpağını 13 min manata satdı

HADİSƏ

16 Sentyabr 2024 | 16:35

Bakıda inanılmaz fırıldaq: qonşunun torpağını 13 min manata satdı

Bakıda başqasına məxsus torpaq sahəsini özününkü kimi təqdim edərək satan şəxs cinayət məsuliyyətinə cəlb edilib.

Bakıvaxtı.az xəbər verir ki, Səbail rayon Badamdar qəsəbəsi 3-cü yaşayış massivində yaşayan 1987-ci il təvəllüdlü Samir Buludov (soyad şərtidir) barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü, yəni xeyli ziyan vurmaqla dələduzluq etmə maddəsi ilə iş açılıb.

Araşdırmalar zamanı məlum olub ki, Samir yaşadığı ərazidə qonşusuna məxsus torpaq sahəsini Qusar rayon sakini Bəhruz Quliyev və onun anasına göstərib və tərəflər alqı-satqıya dair razılığa gəliblər. Samir torpaq sahəsini bələdiyyə sənədi ilə 17 min manata satmağa razılaşıb və Bəhruzdan 13 min manat alıb.

Lakin sonradan torpağın sahibinin başqa şəxs olduğu məlum olub. Bəhruz Samirə verdiyi pulları geri tələb etdikdə isə ikinci imtina edib. O, zərərçəkmiş şəxslə borc müqaviləsi bağlamağı təklif etsə də, Qusar sakini razı olmayıb və 41-ci Polis Bölməsinə şikayət edib.

Şikayətdən sonra Samir barəsində cinayət işi açılıb.

Səbail rayon Məhkəməsinin bir neçə gün əvəl çıxardığı hökmlə o, 3 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib və ayağına elektron qolbaq taxılıb.

Kərim Abbaszadə


SON XƏBƏRLƏR

18 Sentyabr 2024